Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 iyun)

Azərbaycan respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən və 9 iyuna olan məlumata görə...

1432672
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 iyun)

 

  Azərbaycan respublikasında korona virusu infeksiyasına daha 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 8191 nəfərin korona virusu infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 3487 nəfərdir.

  Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 min 200 test aparılıb.



Әlaqәli Xәbәrlәr