Türkmənistan "Daimi neytral ölkə" statusunun 25-ci ildönümünü qeyd etdi

Türkmənistanda ölkənin "Daimi neytral ölkə" statusunun 25-ci ildönümü münasibətilə beynəlxalq fotosərgi və konfrans keçirilib

1417926
Türkmənistan "Daimi neytral ölkə" statusunun 25-ci ildönümünü qeyd etdi

 

  Türkmənistanda ölkənin "Daimi neytral ölkə" statusunun 25-ci ildönümü münasibətilə beynəlxalq fotosərgi və konfrans keçirilib.

  Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə yerli və xarici fotoqrafların ölkənin mədəniyyəti və təbii gözəlliyi ilə bağlı şəkilləri nümayiş olunub.

  Tədbir xarici fotoqrafların da qatıldığı videokonfrans üsulu ilə təşkil olunan görüşlə davam edib.

  Qeyd edək ki, Türkmənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında 12 dekabr 1995-ci ildə qəbul edilmiş qərara əsasən "Daimi neytral ölkə" statusunu qazanıb. Neytrallıq Türkmənistanda dövlətin ən vacib prinsiplərindən biri hesab olunur və ölkənin xarici siyasəti də bu status əsasında müəyyən edilir. Bu səbəbdən Türkmənistan təhlükəsizlik və hərbi ittifaqlarda iştirak etmir, xarici hərbi bazaların öz ərazisində qurulması və ya istifadəsinə icazə vermir, qərəzsizlik statusuna xələl gətirəcək siyasətlərdən yayınır.



Әlaqәli Xәbәrlәr