Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb

Azərbaycanda daha 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.

1418122
Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb

Azərbaycanda daha 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, bir nəfər dünyasını dəyişib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda hazırkı dövrədək 2 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, onlardan  min 886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 37 xəstənin vəziyyəti ağır qiymətləndirilir, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi isə davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220 min test aparılıb.



Әlaqәli Xәbәrlәr