Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər sağalıb

Azərbaycanda koronavirusdan sağalanların sayı 1411 olub.

1409420
Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər sağalıb

Azərbaycanda 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bir nəfər dünyasını dəyişib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, hazırkı dövrədək Azərbaycanda 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 152 mini keçib.



Әlaqәli Xәbәrlәr