Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub, 68 xəstə sağalıb

Azərbaycanda son 24 saatda 57 nəfərdə koronavirus aşkarlanıb, 68 nəfər sağalıb.

1400329
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub, 68 xəstə sağalıb

Azərbaycanda son 24 saatda 57 nəfərdə koronavirus aşkarlanıb, 68 nəfər sağalıb. 

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda son 24 saat ərzində 57 yeni koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu rəqəm aprelin 16-də 30, 15-də isə 56 olub. 

 Azərbaycanda indiyədək 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Virusa yoluxan xəstələrdən 528 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 86 minə çatıb.


Etiketlәr: #koronavirus , #Covid-19

Әlaqәli Xәbәrlәr