Zaman yaxşılıq zamanıdır

Türk milləti soylu-köklü bir millətdir və bu qlobal böhrandan güclü şəkildə çıxacaqdır.

1392473
Zaman yaxşılıq zamanıdır

 

  "Biz bizə yetərik, Türkiyəm" şüarıyla yardımlaşma kampaniyası çərçivəsində Türkiyə və Azərbaycan “İki dövlət, bir millət” həmrəyliyini bütün dünyaya nümunə olaraq göstərməkdədir.

  Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qlobal miqyasda bütün həyatı təsiri altına alan, pandemiyaya yol açan yeni tip korona virusu (Covid-19) ilə bağlı maaşlarını "Koronavirüsla Mübarizəyə Dəstək Fondu"na bağışlamaları Türkiyə və Azərbaycan şirkətlərini də bu yardımlaşma həmrəylik kampaniyasına dəstək olmağa ruhlandırdı. Onlarla dövlət və özəl şirkət “Zaman yaxşılıq zamanıdır” deyərək milyonlarla pul bağışladılar insanlara.

  Yardımlaşma kampaniyası çərçivəsində Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) Turkiyə və Azərbaycan koronavirusla mübarizə fondlarına iane etdilər. Birliyin üzvləri virusla bağlı vətənə dönə bilməyən azərbaycanlı universitet tələbələrinin əsas ehtiyaclarını qarşıladı, onları Azərbaycana göndərmək üçün qollarını çırmaladı və "Gün həmrəylik, birlik, bərabərlik günüdür" şüarı ilə Turkiyədəki işsiz azərbaycanlı ailələrə maddi dəstək etdilər.

  Qeyd edək ki, Azərbaycanın Türkiyədəki Səfirliyi də başda olmaqla Azərbaycan hökuməti ölkədəki həmvətənlərinə səslənir, müraciətlərini dəyərləndirir, yardım göstərir.



Әlaqәli Xәbәrlәr