Qazaxıstanda Fövqəladə Vəziyyət elan olundu

Korona virusu (Covid-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

1378505
Qazaxıstanda Fövqəladə Vəziyyət elan olundu

 

  Korona virusu (Covid-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev korona virusunun yayılması ilə əlaqədar ölkədə Fövqəladə Vəziyyət elan olunduğunu bildirib. Bu məqsədlə Prezident Aparatında Fövqəladə Vəziyyət dövlət komitəsi də yaradılıb.

  Qazaxıstanda Fövqəladə Vəziyyət 2020-ci il martın 16-da yerli saatla 08:00-dan aprelin 16-sı saat 07:00-dək qüvvədə olacaq. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

  Qeyd edək ki, Qazaxıstanda korona virusuna 8 yoluxma halı təsdiqlənib. Bundan əlavə, 1425 nəfər stasionar karantinə, 496 nəfərsə ev karantininə alınıb.



Әlaqәli Xәbәrlәr