Türkmənistan prezidenti Azərbaycanda

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Azərbaycan respublikasına rəsmi səfərə gedib.

1376102
Türkmənistan prezidenti Azərbaycanda
Qurbanqulu Berdiməhəmmədov və İlham Əliyev_03.jpg
Qurbanqulu Berdiməhəmmədov və İlham Əliyev_04.jpg

 

  Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyev qarşılayıb.

 Fəxri qarovul dəstəsinin qarşısından keçən prezidentlər Azərbaycan əsgərlərini salamladıqdan sonra Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.

  Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkmənistanlı həmkarı ilə təkbətək görüşü keçirilib.

 

Mənbə: Azertag.az



Әlaqәli Xәbәrlәr