TRT Azərbaycanla ortaq yayımları artırır

Yaxınlarda (martın birinci həftəsi) TRT Xarici Yayımlar Bölümü və “Türkiyənin səsi” radiosunun rəhbəri Süleyman Erdal bu media əməkdaşlığı protokolu əsasında Bakıda olub.

1375028
TRT Azərbaycanla ortaq yayımları artırır
İbrahim Eren_Baku_02.jpg
Suleyman Erdal_02.jpg
Ərdoğan və İlham Əliyev.jpg
İbrahim Eren_Baku.jpg

 

  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı fevralın sonunda Azərbaycanın paytaxtı Bakıda gerçəkləşdi. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən toplantıda bir çox siyasi və iqtisadi məsələlərlə yanaşı turizm və mədəniyyət mövzuları da müzakirə edildi. Hər iki ölkənin başçılarının iştirakı ilə TRT-nin (Türkiyə Radio və Televiziyası) baş direktoru İbrahim Eren Azərbaycanın bir sıra media qurumları ilə işbirliyi prokokolu imzaladı.

  Yaxınlarda (martın birinci həftəsi) TRT Xarici Yayımlar Bölümü və “Türkiyənin səsi” radiosunun rəhbəri Süleyman Erdal bu media əməkdaşlığı protokolu əsasında Bakıda olub. S.Erdal və TRT-nin Azərbaycan təmsilçisi Murat Akkoç Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) sədri Rövşən Məmmədovla görüşüblər. Söhbət zamanı, başda media təhsili olmaqla, ortaq radio yayımları, yeni proqramlar yaradılması məsələləri müzakirə olunub. AzTv radiosu ilə “Türkiyənin səsi” radiosu arasında həftənin bir günü ediləcək ortaq yayımla bağlı razılığa gəlinib. Ortaq radio yayımında ortaq dil, kültür və tarix, o cümlədən, iki qardaş ölkənin regional və beynəlxalq arenada mövqeləri müxtəlif proqramlarla dinləyicilərin nəzərinə çatdırılacaq. Görüşlərin nəticəsində Azərbaycan Televiziyasının müəyyən etdiyi işçilər TRT-nin media təkmilləşdirmə seminarlarında iştirak edəcək, təcrübə mübadiləsi aparacaqlar. İki dövlət televiziyaları arasında sürətli və etibarlı informasiya paylaşımı üçün ortaq xəbər hovuzu və birgə istifadəsi də razılaşdırılıb.

  TRT nümayəndə heyətinin Azərbaycana səfəri zamanı həmçinin iki ölkənin media qurumları arasında ortaq dəyərlərdən bəhs edən filmlərin yaradılması və ən qısa zamanda təqdimatı müzakirə olunub.

  TRT “Türkiyənin səsi” radiosunun rəhbəri S.Erdal Bakı görüşləri çərçivəsində Azərbaycanın AZERTAC dövlət xəbər agentliyi və ASAN radionun rəhbər və idarə heyəti üzvlərilə də bir araya gəlib. Görüşlərdə qurumlararası işbirliyini artırmaqla bağlı qərarlılıq nümayiş etdirilib. Hal-hazırda TRT və ASAN radioları arasında 2016-cı ildən bu yana hər bazar ertəsi günü dinləyicilərə 20 dəqiqəlik ortaq yayımlar təqdim olunur.  

  Süleyman Erdal Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tərəfindən də qəbil edilib, müzakirələr aparıb.             



Әlaqәli Xәbәrlәr