Qazaxıstan prezidenti  Rusiya baş naziri ilә görüşüb

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Rusiyanın baş naziri Mixail Mişustin ilə görüşüb.

1351359
Qazaxıstan prezidenti  Rusiya baş naziri ilә görüşüb

 

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Rusiyanın baş naziri Mixail Mişustin ilə görüşüb.

Qazaxıstan Prezident Aparatından verilәn mәlumata görә,  Tokayevin Mişustinlə keçirdiyi görüşdә ikitәrәfli strateji vә tәrәfdaşlıq әlaqәlәrinin inkişaf etdirilmәsi mәsәlәlәri müzakirә olunub.

Mişustinin dünən Almatada keçirilən AEB Hökumətlərarası Komissiyasının rəqəmsal və süni intellekt üzrə iclasına qatıldığını xatırladan Tokayev deyib:  "Qazaxıstan bu məsələlərdə fəal iştirak edir. Bu sahədə böyük təcrübəniz var, buna görə də sizinlə əməkdaşlıq etmək istəyirik" .

Rusiyanın Baş naziri Mişustin ölkəsinin və Qazaxıstanın qardaşlıq və tərəfdaşlıq əlaqələrini birləşdirdiyini vurğulayıb və iki ölkə arasındakı ikitərəfli ticari, iqtisadi və investisiya sahələrindəki  əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı.

Regional əməkdaşlığın gücləndirildiyini qeyd edən Mişustin deyib: "Ölkələrimiz AEB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər çoxtərəfli strukturlarda aparıcı rol oynayır’’.



Әlaqәli Xәbәrlәr