Daşkәnd metrosunda uçqun baş verib, ölәnlәr var

Bu barәdә Fövqәladә Hallar İdarәsindәn verilәn mәlumatda bildirilib.

1326143
Daşkәnd metrosunda uçqun baş verib, ölәnlәr var

 

Özbәkistanın paytaxtı Daşkənd metrosunun tikilməkdə olan Yunusabad xəttində baş verən uçqun nəticəsində beş nəfər həlak olub.

Bu barәdә Fövqәladә Hallar İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, hadisә yerindә aparılan axtarış-xilasetmә әmәliyyatları zamanı beş nәfәrin meyiti tapılıb.

Mәlumatda qeyd olunub ki, qəzaya səbəb son günlər yağan leysan yağışlarıdır.

Qəza nəticəsində geniş sahə uçub və fəhlələr də məhz bu sahədə torpaq altında qalıb.

Hadisә yerindә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr