Qazaxıstanda Müstəqillik Günü qeyd olunur

Dekabrın 16-da Qazaxıstanda milli bayram- Müstəqillik Günü qeyd olunur.

1324200
Qazaxıstanda Müstəqillik Günü qeyd olunur

 

Dekabrın 16-da Qazaxıstanda milli bayram- Müstəqillik Günü qeyd olunur.

1991-ci il dekabrın 16-da Qazaxıstanın Ali Şurası “Dövlət müstəqilliyi haqqında” Qanunu qəbul edib.

28 il əvvəl müstəqillik qazanan Qazaxıstan hazırda dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır və bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

Müstəqillik illərində Qazaxıstan dinamik inkişaf edən iqtisadiyyatına və xarici sərmayələrin cəlb edilməsinə görə MDB-də lider dövlətə çevrilib.

Qazaxıstanda birinci prezident Nursultan Nazarbayevin qərarı ilə 1997-ci ildə elan edilən yeni paytaxt Nur Sultan (qədim adı Astana) ölkənin müstəqil dövlət olmasında böyük rol alıb.

Həyata keçirilən islahatlar ölkənin ümumi daxili məhsul 28 ildə 16 qatadək artaraq 180 milyard dollara çıxıb.

Qeyd edək ki, Qazaxıstanın müstəqilliyini rəsmiyyətdə tanıyan ilk ölkə Türkiyə olub.

Qazaxıstanda 2 minə yaxın Türkiyə sərmayəli firma fəaliyyət göstərir.

Müstəqillik Günü münasibətilə ölkənin hər yerində təntənəli mərasimlər keçirilir.



Әlaqәli Xәbәrlәr