Özbəkistan - İran təyyarə səfərləri 3 ildən sonra yenidən başladı

Özbəkistan Nəqliyyat Nazirliyindən verilən məlumata görə...

1320896
Özbəkistan - İran təyyarə səfərləri 3 ildən sonra yenidən başladı

 

  Özbəkistanla İran arasında təyyarə səfərləri 3 ildən sonra yenidən başladı.

  Özbəkistan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, İranın “Zagros Airlines” hava yolu şirkəti dekabrın 10-da Tehran - Daşkənd səfərini tamamladı.

  Daşkənd Hava Lımanında 3 ildən sonra gələn İran sərnişinləri Özbəkistan səlahiyyətliləri tərəfindən mərasimlə qarşılandı.

  Qeyd edək ki, Tehran – Daşkənd relysləri həftədə bir dəfə bazar ertəsi günləri reallaşdırılacaq. Sözügedən təyyarə səfərləri daha sonra həftədə iki dəfəyə çıxarılacaq.

  Özbəkistan - İran təyyarə səfərlərinin yenidən başlaması iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına xidmət edəcək.

  Xatırladaq ki, iki ölkə paytaxtları arasında hava səfərləri 2016-cı ildə təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr