Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı oldu

Noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

1314171
Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı oldu

 

  Noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan və Slovakiyanın dövlət himnləri səsləndirilib.

  Mərasimdə iştirak edən Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak səfirliyin açılmasının ölkəsi ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini söyləyib. “Azərbaycanın potensialını bilirdik, buna görə də burada nümayəndəliyimizi açmaq qərarına gəldik. Əməkdaşlıq üçün bir çox sahələr var - əczaçılıq, infrastruktur, dəmir yolu, turizm və s.”, – deyə nazir qeyd edib.

  Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov ölkədə Slovakiya səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bildirib ki, Azərbaycan tərəfi səfirliyin səmərəli fəaliyyəti üçün lazımi dəstək göstərməyə hazırdır.

  Azərbaycanın Slovakiya ilə əlaqələrə önəm verdiyini vurğulayan nazir müavini qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. Azərbaycan ilə Slovakiya arasında enerji, humanitar və turizm sahələrində əməkdaşlıq mövcuddur, bu əməkdaşlığın daha da dərinləşməsi və müxtəlif sahələri əhatə etməsi üçün imkanlar var.

  Xatırladaq ki, Slovakiyanın Azərbaycanda səfirliyi bu il oktyabrın 1-dən fəaliyyətə başlayıb.



Әlaqәli Xәbәrlәr