Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

1300684
Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin terrora qarşı apardığı mübarizəni dəstəklədiklərini deyib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi general-leytenant (korgeneral) Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan general-polkovnik Zakir Həsənov Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirdiyini qeyd edib. Nazir qeyd edib ki, bu, bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Terrora qarşı aparılan mübarizə zamanı şəhid olan Türk hərbçilərinin  ailələrinə başsağlığı verən Zakir Həsənov separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb.

Bölgədə baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr