Özbəkistanda azad iqtisadi zona yaradılır

Özbəkistanda vergi və gömrük ödənişlərindən azad olan daha bir sərbəst iqtisadı zona yaradılır.

1271637
Özbəkistanda azad iqtisadi zona yaradılır

Özbəkistan Ədliyyə Nazirliyi yanında mətbuat ofisinin verdiyi məlumata görə, prezident Şevket Mirziyoyev Kaşkaderya şəhərində Çırakçı Azad İqtisadi Zonanın yaradılması ilə bağlı fərman imzalayıb.

Prezidentin imzaladığı Sərəncam sərbəst zonada yüksək əlavə dəyəri olan, müasir texnologiyalarla işləyən və ixrac edilmək üzrə istehsal ediləcək yerli və xarici obyektlərin yaradılmasına təkan verəcəkdir.

Azad İqtisadi Zonadakı obyektlər 10 ilə qədər vergi və gömrükdən azad ediləcəklər. Sərbəst iqtisadi zonanın fəaliyyətinin əvvəlcə 30 il olduğu müəyyənləşdirilsə də, bu müddət daha da uzadıla bilər.

3 milyon dollara qədər sərmayə qoyacaq şirkətlər 3 il, 5 milyon dollara qədər sərmayə qoyacaq şirkətlər 5 il, 10 milyon dollardan çox sərmayə qoyacaq şirkətlər 10 il ərzində bütün vergi və gömrük ödənişlərindən azad olacaqlar.

Sərbəst zonada yaradılacaq obyektlər idxal edəcəkləri xammal, materiallar və ehtiyat hissələri üçün gömrük rüsumu ödəməyəcəklər.



Әlaqәli Xәbәrlәr