Özbəkistan Türk şurasına üzv oldu

Qazaxıstan, Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmasını yüksək qiymətləndirib.

1270075
Özbəkistan Türk şurasına üzv oldu

Qazaxıstan Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada Özbəkistanın Türk Şurasına üzv olmasının yüksək qiymətləndirildiyinə diqqət çəkilib və Türk dünyası üçün əhəmiyyətli olan qərarın Naxçıvan razılaşmasının 10-cu ildönümünə təsadüf etdiyi vurğulanıb.

Açıqlamada qeyd edilib ki, Özbəkistanın üzvlüyü həm Türk dünyası inteqrasiyasının, həm də şuradakı iqtisadi əməkdaşlığın güclənməsinə töhfə verəcək.

Qeyd edək ki, Ötən həftə Özbəkistan Prezidenti Şevket Mirziyoyev məsələ ilə bağlı sərəncam imzalayıb. Buna görə Özbəkistanın Türk Şurasına üzvlüyünün oktyabrın 15-də Türk Şurası ölkələrinin prezidentləri tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, Türk Şurası Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevin səyi nəticəsində 3 oktyabr 2009-cu ildə yaradıldı.

 



Әlaqәli Xәbәrlәr