“Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimləri başa çatdı

Azərbaycanın paytaxtı Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.

1264934

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. üç ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə “Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.

Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.

Әlaqәli Xәbәrlәr