Fərarilik etmiş erməni hərbçi təmas xəttində saxlanılıb

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində saxlanılıb

1252019
Fərarilik etmiş erməni hərbçi təmas xəttində saxlanılıb

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan Azərbaycan  bölmələrinin  sayıqlığı nəticəsində saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamaya  görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.



Әlaqәli Xәbәrlәr