Prezident Mustafa Akıncı enerji və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul etdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı Kıbrıslı Türklər ilə Rumlar arasında sülhməqsədli əlaqələrin mümkün olduğunu söylədi.

1248895
Prezident Mustafa Akıncı enerji və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul etdi
fatih donmez-mustafa akinci.jpg

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı Kıbrıslı Türklər ilə Rumlar arasında sülhməqsədli əlaqələrin mümkün olduğunu söylədi.

Mustafa Akıncı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməsi qəbul etdi.

Akıncı görüşün mətbuata açıq hissəsində Şərqi Aralıq dənizindəki enerji mövzusunun sülhə və dincliyə xidmət göstərən bir vasitə olduğunu söylədi.

Enerji ehtiyatları mövzusunun bölgədə və xüsusilə Orta Şərqdə icmaları ayırdığını və müharibələrə səbəb olduğunu vurğulayan Akıncı dedi ki, ancaq bu pis tarix bölgə xalqlarının taleyi deyil, bunu dəyişə bilərik. Həm Kıbrıslı Türklər ilə Rumlar, həm də Türkiyə ilə Yunanıstan arasında və bölgə millətləri arasında da yeni, sülhsevər və qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmaq mümkündür. Bunun yolu dialoq və ortaq komitə qurulmasından keçir.

Prezident Akıncı ŞKTC-nin təbii sərvətləri mövzusunda təklif etdiyi ortaq komitə təklifini Rum tərəfinin tələsik, müzakirəsiz rədd etdiyini bildirərək 9 avqustda keçiriləcək liderlər görüşündən sonra hadisəyə bir daha nəzər salma ehtiyacı hiss etmələrini dilədiyini söylədi.

Prezident Akıncı sözlərinə davamla dedi:

“Əgər tərəfdaşlıq düşüncəsinə Rum tərəfi inadla yaxınlaşmayacaqdırsa və öz yolunda irəliləyəcəksə bizə də öz yolumuzda irəliləməkdən başqa alternativ buraxmadıqlarını da başa düşmüş olacaqlar. Sülhdən, dostluqdan və xüsusilə Türkiyə kimi böyük bir dövlətin dostluğundan Kıbrıslı Rumların da Yunanıstanın da qazanacağı çox şey olduğuna inanıram”.

Nazir Dönməz də Türkiyənin ŞKTC-də yaşayan soydaşların haqq və mənfəətlərinin axırınadək yanında olduğunu və Cənubi Kıbrıs Rum İdarəsinin özünü adanın tək sahibi və hakimi olaraq görməsini və təktərəfli addımlarını qəbul etmədiyini davamlı dilə gətirdiyini söylədi.

Dönməz “Təbii sərvətlərin qurulacaq bir ortaq komitə vasitəsilə qiymətləndirilməsini dəstəkləyirik. Ümid edirik qarşı tərəf də təklifinizə müsbət yanacaqdır” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr