İran gəmisi batdı, ekipajı Azərbaycan tərəfindən xilas edildi

Azərbaycandan verilən məlumata görə...

1243340
İran gəmisi batdı, ekipajı Azərbaycan tərəfindən xilas edildi

 

  İyulun 26-da saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

  DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

  Sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyevin sözlərinə görə, gəminin batmasına ilkin səbəb kimi ağır yük və fırtınalı hava şəraiti göstərilir. Heyət üzvləri havanın bir anda stabilləşməsindən istifadə edərək çox qısa vaxt ərzində xilasetmə əməliyyatını uğurla həyata keçiriblər.

  Qeyd edək ki, heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır. Heyət xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

  İran gəmisinin batmasına ilkin səbəb kimi ağır yük və fırtınalı hava şəraiti göstərilir

 

 



Әlaqәli Xәbәrlәr