Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə pulu

Türkiyə zərbxanası Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yüz illiyinə həsr olunan bürünc xatirə pulu buraxdı.

1226727

Xatirə pulunun ön üzündə Azərbaycanın gerbi, ölkənin xəritəsinə həkk olunmuş dövlət bayrağı və “Republic of Azerbaijan – 100 – Diplomatic Service 1919-2019” yazısı, arxa üzündə isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsəlman dünyasında ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində ölkənin milli diplomatiyasının rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi tarixi əsas tutaraq 24 avqust 2007-ci il tarixində 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il iyulun 9-u Azərbaycan Respublikası diplomatlarının peşə bayramı kimi qeyd olunur.

Әlaqәli Xәbәrlәr