Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar

Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək.

1219253
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar

  İyulun 18-dən Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək.

  Bunu Azərbaycanda səfərdə olan Misirin turizm naziri xanım Rania əl-Mashat mətbuat konfransında deyib.

  Son illər iki ölkə arasında turist axınının artdığını söyləyən nazir bildirib: “Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Ötən ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək”.

  Qeyd edək ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “Hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı - Şarm-əl-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı “Boeing 757-200” tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.



Әlaqәli Xәbәrlәr