Qazaxıstan prezidenti vəzifəsinin icrasına başladı

Qazaxıstanda keçirilmiş prezident seçkilərini qazanan Kasım-Jomart Tokayevin andiçimə mərasimi keçirilib və o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

1217107

Ölkədə 9 iyunda keçirilən prezident seçkilərində qələbə qazanan Tokayevin Müstəqillik sarayında keçirilən andiçmə mərasimində sabiq prezident Nursultan Nazarbayevlə yanaşı kabinet üzvləri, millət vəkilləri, Qazaxıstanda fəaliyyət göstərən xarici ölkə səfirlərilə yanaşı xeyli sayda dəvətli iştirak edib.

Tokayev xalqa ədalətli xidmət göstərcəyinə, qanunlara güclü şəkildə əməl edəcəyinə, vətəndaşların haqq və azadlığını zəmanət altına alacağına and içib.

Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin prezident vəsifəqisin təqdim etməsindən sonra çıxış edən Kotayev Qazaxıstanın strateji əhəmiyyət daşıyan layihələrinin həyata keçirilməsi üçün cəhd göstərəcəyini, sabiq prezident Nazarbayevin strategiyasını tətbiq edəcəyini söyləyib.

İqtidarın xalqa verdiyi vədləri yerinə yetirməsinin vacibliyini qeyd edən Tokayev “Ancaq bu şəkildə xalq birliyini və ölkədə sabitliyi təmin edə bilərik” ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr