"Şərqi Aralıq dənizindəki maraqlarımızı müdafiə etməkdə davam edəcəyik", M.Akıncı

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Şərqi Aralıq dənizindəki maraqlarını müdafiə etməkdə davam edəcəklərini söyləyib.

1216707
"Şərqi Aralıq dənizindəki maraqlarımızı müdafiə etməkdə davam edəcəyik", M.Akıncı

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Şərqi Aralıq dənizindəki maraqlarını müdafiə etməkdə davam edəcəklərini söyləyib.

Akıncı Girnədə keçirilən “Şəhid leytenant (təymən) Caner Gönyeli 2019 axtarış-xilasetmə təlimi”nin quruda keçirilən mərhələsinin tamamlanmasından sonra təlim və gündəmə dair açıqlama verib.

Mustafa Akıncı Şərqi Aralıq dənizində son zamanlarda baş verən gərginliklərin arzu etmədikləri vəziyyət olduğunu bildirərək “Şərqi Aralıq dənizindəki zənginliklər hamımıza məxsusdur və bu qəbul edilir. Amma iş praktiya gəldikdə “Bu bizim hakimiyyət sahəmizdir” deyən Rum tərəfilə qarşı-qarşıya gəlirik” ifadələrini işlədib.

Müzakirələrin davam etdiyi zamanda Kıbrıs Rum İdarəsinə Şərqi Aralıq dənizi mövzusunda müxtəlif zamanlarda əməkdaşlıq çağırışı etdiklərini xatırladan Akıncı deyib:

“Kıbrıs Rum İdarəsinə əməkdaşlıq üçün birgə komitə qurağın dedik. Təəssüf ki, komitə qurmağa da bu əməkdaşlığı planlaşdırmağa da yanaşmadılar və təktərəfli fəaliyyətlərini davam etdirdilər. “Bu tərz davam ediləcəyi təqdirdə Şimali Kıbrıs Türk cümhuriyyəti və Türkiyəyə eyni tərz rəftar etməkdən başqa seçim qoymursunuz. Əgər qazma mərhələsinə gəlsəniz, biz də eyni addımları atacağıq dedik və indi o mərhələdəyik” deyə bildirdik”.

Akıncı Şərqi Aralıq dənizilə əlaqədar çağırış edərək “ Şərqi Aralıq dənizi bir sülh gölünə, sülh hövzəsinə çeivrilə bilər. Buradan hər kəs istifadə edər. Biz gərginlik siyasəti, toqquşma siyasəti istəmirik. Sülh, razılaşma istəyirik, amma bunları haqqlarımızı da qorumaq qətiyyətliliyi içərisində söyləyirəm. Əgər köməkləşmək, birlikdə iş görmək, bölüşmək mövzularında bir anlayış görsək, dərhal biz bu əli tutmağa hazırıq. Lakin təəssüf ki, bunun əksinə durumlar olur. Şimali Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəni enerji siyasətindən, Şərqi Aralıq dənizi enerji balansından kənarda tutmaq cəhdləri var” deyə vurğulayıb.  

Şimali Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəni Şərqi Aralıq dənizindən kənarda tutma cəhdlərinin coğrafiyaya zidd olduğunu qeyd edən Akıncı bölgənin coğrafiyasında və tarixində Kıbrıs Türklərinin və Türkiyənin var olmaqda davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr