Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhə xəttində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı açıqlama yayıb.

1215319
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyib.

Xarici İşlər Nazirliyi də cəbhə xəttində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir”.

Məlumatda vurğulanır ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir.



Әlaqәli Xәbәrlәr