Prezident Ərdoğan Türk Şurasının baş katibini qəbul etdi

Türk Şurasının Baş katibi Bağdad Amreyev prezident Rəcəb Tayyıb ərdoğanın qəbulunda olub.

1205143
Prezident Ərdoğan Türk Şurasının baş katibini qəbul etdi

Prezident Ərdoğan Şuradan tələb edib ki, Şimali Kipr Türk Respublikasına müşahidəçi üzv olması mövzusunda dəstək versin.

İstanbuldakı Huber köşkündə reallaşan qəbulda, Qırğızıstanda keçirilən 6-cı Türk Şurası sammitində Baş katib vəzifəsinə təyin olunan Bağdad Amreyevə yeni vəzifəsində uğurlar arzuladığını ifadə edən Ərdoğan: “Türk dünyasının birliyini və həmrəyliyi həmişə prioritetimizdir. Türk Şurasının digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinə üstünlük veririk və bu məqsədlə İslam Əməkdaşlıq Teşkilatında müşahidəçi statusu əldə ətməsi uğrunda atılan addımları dəstəkləyir və  Şuradan da Şimali Kipr Türk Respublikasının müşahidəçi üzv olmasına lazımlı dəstəyi verməsini gözləyirik”. Oktyabr ayında Azərbaycanda keçiriləcək 7-ci zirvə toplantısının hazırlıqlarını yaxından izlədiklərini ifadə edən prezident Ərdoğan vurğulayıb ki, "Biz Türkdilli Ölkələrin Parlament Assambleyasının müstəqil bir beynəlxalq təşkilat kimi varlığını davam etməsini istəyirik. Nur-Sultandakı beynəlxalq Türk Akademiyası və Bakıdakı Türk Mədəniyyət və İrsi Vəqfi ilə əlaqədar Qazaxıstan və Azərbaycanın təkliflərini dəstəkləməkdə hazırıq. Nursultan Nazarbayevin rəhbərliyi Qazaxıstan ilə ikitərəfli əlaqələrin inkişafına və Türk Şurasının yaranmasına əhəmiyyətli töhfə verdi. Nazarbayevin dəyərli düşüncələrinə və təcrübəsinə qarşıdakı dövrlərdə də zərurət duyulacaq. Bun inam çərçivəsində cənab Nazarbayevin Türk Şurasının Fəxri prezidenti olması təklifim bütün üzv ölkələr tərəfindən yüksək qiymətləndirildi. Bunu Oktyabr ayında keçiriləcək zirvə toplantısı çərçivəsində qeyd edəbilərik”- deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr