İstanbulda Türkiyə-Tatarıstan Biznes Forumu keçirilir

Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Muxtar Respublikasının prezidenti Rüstəm Minnixanov Rusiyada 20 milyon müsəlmanın yaşadığını ifadə edərək, halal məhsul istehsalı ilə əlaqədar Türkiyə ilə birgə fəaliyyət göstərəcəklərini söylədi.

1202495

Minnixanov İstanbulda Xarici İqtisadi Əlaqələr İdarəsinin (DEİK) təşkil etdiyi Türkiyə-Tatarıstan Biznes Forumunda çıxış edərək forum çərçivəsində yeni layihələrin həyata keçirilməsi məsələsində müqavilələr bağlanacağına inandığını bildirdi.

Türkiyə ilə Rusiya arasındakı ticarət həcminin artırılması üçün forumda görüş imkanının olduğunu ifadə edən Minnixanov Türkiyə ilə Tatarıstan arasında əməkdaşlıq müqavilələrinin olduğunu söylədi.

Minnixanov Kazan ilə İstanbul arasında təyyarə reyslərinin həftədə 6 dəfə olmasının əhəmiyyətini qeyd etdi,  bu reyslərin yaxın zamanda hər gün olacağını bildirdi.

Tatarıstan prezidenti: "Türkiyə ölkəmiz üçün ən əhəmiyyətli partnyorlardan biridir. Hədəfimiz ticarət həcmini daha da artırmaqdır. Türkiyədən bizim ölkəmizə 2 milyard dollardan daha çox sərmayə qoyulub. İş dünyasına və Türkiyə hökumətinə təşəkkür edirəm" deyə danışdı.

Minnixanov beynəlxalq sənaye zonasını yaratmaq istədiklərini də dilə gətirərək: "Bu mövzuda daha çox işləməliyik. Türkiyədəki təcrübədən faydalanaraq bu sənaye zonasının yaradıla biləcəyini düşünürük" dedi.

Minnixanov turizm, neft emalı, neft-kimya, gəmi, təyyarə, helikopter, təbii qaz nəqli, polimer, rezin, elektron əşyalar, tibbi avadanlıq və kənd təsərrüfatı kimi sahələrdə işlərin aparıldığını söylədi.

Daha sonra iki ölkə arasında əməkdaşlıq müqavilələri imzalandı.

Әlaqәli Xәbәrlәr