E.Məmmədyarov: ‘‘Aİ ilә tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir''

Bu fikri Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

1200701
E.Məmmədyarov: ‘‘Aİ ilә tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir''

Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bu fikri Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin Aİ Azərbaycanda ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum bu il iyunun 13-də Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta ola bilsin ki, çoxlu sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycanla birgə təmsil edəcəklər. Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir.

Nazir həmçinin  qeyd edib ki, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub. 

''Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Biz bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz'',- deyə Elmar Məmmədyarov vurğulayıb.

Aİ-nin xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayәndәsi Federika Moqerininin sәdrili ilә keçirilәn iclasda Elmar Mәmmәdyarovla yanaşı,  Belarus, Gürcüstan, Moldova, Ermәnistan  və Ukraynanın yüksәk vәzifәli rәsmilәri iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr