Şimali Kıbrıs Türk Respublikasında hökumət istefa etdi
Şimali Kıbrıs Türk Respublikasının Baş naziri və Respublikaçı Türk Partiyasınin sədri Tufan Ərhürman başçılıq etdiyi kabinetin istefa ərizəsini prezident Mustafa Akıncıya təqdim etdi.
1198025

Xalq Partiyasının (HP) sədri, Baş nazir müavini və xarici işlər naziri Kudrət Özərsay, dünən verdiyi açıqlamada başçılıq etdiyi “HP”-in şərik olduğu hökumətdən ayrıldığını bildirmişdi. Partiyaya məclisdəki 4 lehdə, 55 əleydə verilən səsə görə hökumətdən ayırdıqlarını ifadə edən Kudret Özərsay,bundan sonra formalaşdırılacaq yeni bir hökumətdə iştirak edib etmiyəcəklərinə dair qərarın partiya məclisinin qəbul edəcəyini bildirib. Özərsay, hökumətdən çəkilmə səbəbləri arasında Maliyyə Nazirliyinin torpaq icarə götürmə planları və etimad böhranı olduğunu vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 yanvar)
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb