Mun Jae-in: "Nüvə silahından imtina edən Qazaxıstan Koreya yarımadası üçün nümunədir"

Cənubi Koreyanın dövlət başçısı Moon Jae-in Qazaxıstana rəsmi səfərdədir.

1188049
Mun Jae-in: "Nüvə silahından imtina edən Qazaxıstan Koreya yarımadası üçün nümunədir"

 Cənubi Koreyanın dövlət başçısı Moon Jae-in Qazaxıstana rəsmi səfər etdi.

Qazaxıstanın paytaxtı Nur Sultana gedən Mun Jae-in prezident Qasım- Comərd Tokayev tərəfindən prezident sarayında rəsmi mərasimlə qarşılandı. Daha sonra tərəflərin təkbətək görüşü keçirildi.
 
Qazaxıstan prezidenti Tokayev ikitərəfli əlaqələrin hər sahədə yeni səviyyəyə çıxdığını bildirərək: "Ticari və iqtisadi əməkdaşlıqla bağlı hökumətlərarası komissiya fəaliyyət göstərir. İş Şurası fəaliyyət göstərir. Vətəndaşlarımız üçün vizasız rejim mövcuddur, müntəzəm təyyarə reysləri açılıb" dedi.
 
 Qazaxıstan ilə Cənubi Koreya arasında ticarət dövriyyəsinin ötən il 4 milyard dollara çatdığını ifadə edən Tokayev bunun 2017-ci illə müqayisəsə iki dəfə çox olduğunu qeyd etdi.
 
 Prezident Tokayev ölkəsinə Koreyadan gələn birbaşa xarici investisiya həcminin 7 milyard dollara yaxın olduğunu dilə gətirdi, Cənubi Koreya sərmayədarlarının iştirakı ilə həyata keçirilən böyük layihələrdən birinin də Böyük Almatı Çevrə Yolu olduğunu vurğuladı.
 
 Mun Jae-in də dünən Tokayev ilə Koreya yarımadası və Orta Asiyadakı siyasi vəziyyətlə yanaşı, ikitərəfli əlaqələri müzakirə etdiklərini xatırlatdı, bu görüşlərdən məmnun olduğunu bildirdi.
 
 Cənubi Koreyanın Qazaxıstanın 2050-ci il inkişaf strategiyasının həyata keçirilməsində yaxşı tərəfdaşı olduğunu qeyd edən Mun ticarət, investisiya, infrastruktur sahələri ilə yanaşı, internet texnologiyaları, innovativ sənaye texnologiyaları, səhiyyə, tibb, kosmos və astronomiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
 
 Mun Qazaxıstanın Koreya yarımadasındakı sülh prosesini dəstəklədiyini söyləyərək: "Bu münasibətlə göstərdiyiniz dəstək üçün təşəkkür edirəm. Qazaxıstan öz iradəsilə nüvə silahından imtina etdikdən sonra iqtisadi inkişafa nail olan bir ölkədir və bu, Koreya yarımadası üçün əhəmiyyətli bir nümunə təşkil edir. Bu məsələdə təcrübənizi bizimlə bölüşəcəyinizə ümid edirik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr