Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti xüsusi müşavir Jane Holl Lute ilə görüşüb

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı BMT-nin Baş katibi  Antonio Quterreşin Kıbrıs məsələsi üçün vəzifə tapşırdığı müvəqqəti xüsusi müşaviri Jane Holl Lute ilə görüşüb.

1179147
Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti xüsusi müşavir Jane Holl Lute ilə görüşüb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı BMT-nin Baş katibi  Antonio Quterreşin Kıbrıs məsələsi üçün vəzifə tapşırdığı müvəqqəti xüsusi müşaviri Jane Holl Lute ilə görüşüb.

Akıncı Prezident Aparatında Lute ilə bir araya gəlib.

Digər tərəfdən Şimal Kıbrıs Türk Cümhuriyyətinin Baş nazir müavini və Xarici İşlər naziri Kudrət Özərsay Rum İdarəsinin lideri Nikos Anastasiadis ilə Lutenin dünən keçirilən görüşündən sonra Rum mətbuatında yer alan xəbərləri qiymətləndirib.  

Sosial şəbəkə “Facebook” hesabında açıqlama verən Özərsay Anastasiadisin masaya yeni gətirdiyi söylənən fikirlərin “siyasi bərabərliyin ciddiliğinə zərbə vurduğunu və bayat olduğunu” qeyd edib.

Rum mətbuatı Anastasiadisin görüşdə ortaya qoyduğu fikirlərdən birinin “Kıbrıs məsələsinin həllindən sonra, növbə ilə baş nazir ilə Kıbrıslı rum prezident və Kıbrıslı türk prezident muavininin olacağı bir parlament sistemi” olduğunu irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr