Özbәkistanın XİN rәhbәri Әfqanıstanda sәfәrdәdir

Özbəkistan  Əfqanıstan  hökumətilə Taliban arasında birbaşa sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

1174613
Özbәkistanın XİN rәhbәri Әfqanıstanda sәfәrdәdir

 

Özbəkistan  Əfqanıstan  hökumətilə Taliban arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov  rəsmi görüşlәr keçirmәk üçün Əfqanıstanın paytaxtı Kabilə sәfәr edib.

Əfqanıstan prezidenti Əşrəf Qani  Kamilovun  başçılıq etdiyi nümayəndə heyətini Prezident İqamәtgahında  qəbul edib.

Prezident Qani bölgәdәki  ölkələr  arasında birgə işlərin görülmәsinin regionda sabitliyin təmin edilmәsi  üçün vacib olduğunu deyib.

Әşrәf Qani Özbәkistana  Əfqanıstanda sülhün təmin olunması üçün göstәrdiyi sәylәrә görә tәşәkkür edib.

Özbəkistan Xarici İşlər naziri Kamilov isә öz növbәsindә bildirib ki, Taliban qəbul etsə  Əfqanıntan  hökumətilə Taliban arasında birbaşa sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq.

Özbəkistanın Əfqanıstandakı sülh prosesini dəstəklədiyini ifadə edən Kamilov  ölkəsinin  həmçinin Əfqanıstan ilə iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində də əlaqələri inkişaf etdirmək istədiyini vurğulayıb.

Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilova səfəri çәrçivәsindә Özbəkistan Milli Təhlükəsizlik Şurasının müşaviri Viktor Mahmudov müşayiət edir.



Әlaqәli Xәbәrlәr