Bundan sonra Astana şəhəri Nur-Sultan adlanacaq
Qazaxıstanın yeni prezidenti Kasım Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyini imzalayıb.
Qazaxıstanın yeni prezidenti Kasım Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyini imzalayıb.
Dövlət başçısının imzaladığı qanunda deyilir: "Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın".
Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.
Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.