Özbəkistan dünyanın iri limanlarında nümayəndəliklər açacaq

Bu barədə Özbəkistan Sərnişin və Yük Daşımaların İnkişafı üzrə Yol Xəritəsindən məlumat verilib.

1160409
Özbəkistan dünyanın iri limanlarında nümayəndəliklər açacaq

  Özbəkistan dünyanın iri limanlarında öz nümayəndəliklərini açacaq.

  Bu barədə Özbəkistan Sərnişin və Yük Daşımaların İnkişafı üzrə Yol Xəritəsindən məlumat verilib.

  Məlumatda bildirilir ki, Xəzər, Qara, Aralıq dənizləri və İran körfəzi akvatoriyasının limanlarında və transkontinental dəniz qovşaqlarında nümayəndəliklər, habelə frant-ofisləri, yükləmə-boşaltma ilə məşğul olan şirkətlərin yaradılması nəzərdə tutulur.

  Bu istiqamətdə işlərə iyun ayının 1-dən başlanılacaq. Ölkənin İnvestisiyalar və Xarici Ticarət Nazirliyi və Ticarət-Sənaye Palatası bu işlərə nəzarət edəcək.



Әlaqәli Xәbәrlәr