Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfər etdi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycan Respublikasına səfərə etdi.

1157961
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfər etdi
TBMM baskanı_Azerbaycan

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycan Respublikasına səfər etdi.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzüldü.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşıladı.

Jurnalistlərə müsahibəsində Mustafa Şentop qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini qeyd edən parlament sədri deyib: “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”.



Әlaqәli Xәbәrlәr