19 May Universitetində Xocalı soyqırımı abidəsinin açılışı oldu

Türkiyənin Samsun şəhərində yerləşən 19 May Universitetində Xocalı Parkı və parkda ucaldılan Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.

1154618
19 May Universitetində Xocalı soyqırımı abidəsinin açılışı oldu

Türkiyənin Samsun şəhərində yerləşən 19 May Universitetində Xocalı Parkı və parkda ucaldılan Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.

Mərasimdə bu ali təhsil ocağının professor və müəllim heyəti, tələbələri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Universitetinin prorektoru, professor Mehmet Ali Cengiz, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, professor Azər Qasımzadə, Azərbaycanlı Tələbələr Təşkilatının sədri Bəhram Qəmbərli, Xocalı sakini Gülnaz Abdullayeva və başqaları çıxış ediblər.

Çıxışlarda 27 il bundan əvvəl erməni vandallarının Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törətdikləri soyqırımı aktının səbəb və nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, 19 May Universitetində Xocalı soyqırımı abidəsinin ucaldılması “Xocalıya ədalət!” çağırışıdır. Əminliklə vurğulanıb ki, dünyanın dörd bir tərəfindən bu nüfuzlu təhsil ocağında oxuyan tələbələr Xocalı soyqırımını törədənləri lənətləyəcək və bir daha yer üzündə belə bir soyqırımın baş verməməsi üçün çağırışlar edəcəklər.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı tələbələr Xocalı soyqırımına, Vətənimizə həsr olunan şeirlər oxuyublar.

Sonra Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşavirliyi adından bu vətənpərvərlik missiyasında əməyi olan şəxslərə xatirə lövhələri təqdim edilib.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr