Qazaxıstanda hökumət istefa verdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin imzaladığı sərəncamla Bakıtcan Saqintayevin başçılığındakı hökumət istefaya göndərildi.

1150277
Qazaxıstanda hökumət istefa verdi

Prezidentin imzaladığı qərara görə Baş nazir vəzifəsinin icrası Askar Maminə həvalə olundu. Bildirilib ki, hökumət üzvləri yeni hökumətin tərkibi təsdiq olunana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

Qeyd edək ki, prezident, Baş nazir Bakıtcan Saqintayevin başçılığındakı hökuməti iqtisadiyyatın bir çox sahəsində lazımlı islahatların həyata keçirilməməsinə görə istefaya göndərib.

Nazarbayev hökumətin istefa məktubunu təsdiq etdikdən sonra verdiyi açıqlamada əhəmiyyətli bir qərar qəbul etdiyini, yeni hökumətin xalqın rifa seviyyəsi və iqtisadi vəziyyətinin inkişafı uğrunda ciddi addımlar atmasının lazım gəldiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr