"Kərkükün problemi Kərkük və kərküklülər arasında həll edilməlidir", Ə.Mehdi

Türkmənlər Kərkük Rayon Məclisi toplantısının İraq Kürd Regional İdarəçiliyində keçiriləcəyinə etirazını bildirdi.

1146830
"Kərkükün problemi Kərkük və kərküklülər arasında həll edilməlidir", Ə.Mehdi

  Türkmənlər Kərkük Rayon Məclisi toplantısının İraq Kürd Regional İdarəçiliyində keçiriləcəyinə etirazını bildirdi.

  İraq Türkmən Cəbhəsinin sözçüsü Əli Mehdi verdiyi yazılı açıqlamada bildirib:

  “Kərkük şəhərində keçiriləcək iclas tənzimləmə konstitusiyasının daxili qaydalarına ziddir. Kərkükün problemi Kərkük və kərküklülər arasında həll olunmalıdır. Türkmənlər Kərkük xaricində keçirilən bu tədbirdə iştirak etməyəcək. Çünki burada Kərküklə əlaqədar kürd partiyaları birtərəfli qərarlar verəcək. Kərkük toplantısının İraq Kürd Regional İdarəçiliyində keçirilməsi iclasın uğursuz olacağı deməkdir.

  Məsələyə rəsmi Bağdad və Birləşmiş Millətlər Təşkilatının İraqdakı nümayəndəsi baxa bilər.”

  Qeyd edək ki, ərəblər də Kürdüstan Yurdsevərlər Partiyası və Kürdüstan Demokrat Partiyasının 18 fevralda Erbil şəhərində keçirəcəkləri Kərkük Vilayət Məclisi iclasına etiraz bildiriblər.



Әlaqәli Xәbәrlәr