“Status-kvonun ən çox Kıbrıslı Türklərə zərəri dəyir”, M.Akıncı

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrısdakı status-kvonun ən çox Kıbrıslı Türklərə zərərinin dəydiyini bildirib.

1145541
“Status-kvonun ən çox Kıbrıslı Türklərə zərəri dəyir”, M.Akıncı

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrısdakı status-kvonun ən çox Kıbrıslı Türklərə zərərinin dəydiyini bildirib.

Akıncı yaydığı açıqlamada  Kıbrısda problem davam etdiyi müddətdə həll yolu axtarışlarının da davam edəcəyini söyləyib.

Kıbrısdakı status-kvonun ən çox Kıbrıslı Türkləri beynəlxalq hüquqdan kənarda buraxdığını vurğulayan  Akıncı “Kıbrıslı Türklərin mövcudluğu və şəxsiyyətinə illər ötdükcə daha çox ziyan dəyir, öz vətənində  mövcudluğunu qoruya bilməmək təhlükəsilə üz-üzə qalırlar” deyib.

Vəziyyətin belə davam edə bilməyəcəyini vurğulayan Akıncı bildirib ki, Kıbrısdakı status-kvonun ən çox Kıbrıslı Türklərə zərəri dəyir. Daha uzun müddətdə Kıbrıslı Rumların da xeyrinə olmayacaqdır. 1974-cü ildən sonra yaranan şərtlər Kıbrısda iki icmalı, siyasi bərabərliyə əsaslanan federal həll yolunu ən real həll modeli olaraq ortaya çıxmışdır.  Kıbrıs Rum liderliyinin sabitlikdən tərəf olmaması, əvvəl qəbul etdiklərindən yayınması, siyasi bərabərliyin əsas paratmetrlərini inkara üz tutması həll yolunda ən ciddi maneədir. Ancaq bu mənfi mövqeləri aradan qaldırmağın yolu bizim haqlı və düzgün tezisimizdən əl çəkmək mənasını daşımır. İlkin planda öz icmamız, digər icma və beynəlxalq ictimaiyyətin qarşısında məntiqli mövqeyimizi davam etdirməliyik. Rum liderliyinin siyasi bərabərlik əleyhinə olan mövqeyini hər platformada ortaya qoyaraq mübarizə aparmalıyıq.

Qeyd edək ki, İsveçrənin Krans-Montana şəhərində 2917-ci ilin iyul ayında keçirilən Kıbrıs konfransında bir nəticə əldə edilə bilməmişdi.



Әlaqәli Xәbәrlәr