Azərbaycanlı violonçel ifaçısı Türkiyədə konsert proqramı ilə çıxış edəcək

Violonçel ifaçısı Camal Əliyev fevralın 7-8-də Ankarada Prezident konsert zalında çıxış edəcək.

1135656
Azərbaycanlı violonçel ifaçısı Türkiyədə konsert proqramı ilə çıxış edəcək

Violonçel ifaçısı Camal Əliyev fevralın 7-8-də Ankarada Prezident konsert zalında çıxış edəcək.

Camal Əliyev Prezident Simfonik Orkestri ilə birlikdə səhnəyə çıxacaq. Konsertdə.Şostakoviçin violonçel üçün konserti səsləndiriləcək. Orkestrə Tomas Karrol dirijorluq edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr