Özbəkistan nümayəndə heyəti TÜRKSOY-da oldu

Özbəkistanın Mədəniyyət nazirinin müavini Ozodbek Nazarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında oldu.

1133058
Özbəkistan nümayəndə heyəti TÜRKSOY-da oldu
Nazarbekov TÜRKSOY

Özbəkistanın Mədəniyyət nazirinin müavini Ozodbek Nazarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında oldu.

TÜRKSOY-un kollektivi və Özbəkistan nümayəndə heyəti arasında keçirilən görüşdə təşkilatın fəaliyyət istiqamətləri və Özbəkistana dair tədbirlər ətrafında səmərəli fikir mübadiləsi aparıldığı bildirildi.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov və nazir müavini Ozodbek Nazarbekov əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir və mülahizələrini bölüşdülər.

Özbəkistan tərəfinin həmişə TÜRKSOY çərçivəsində fəallığı ilə seçildiyi Türk dünyasının ortaq mədəniyyətini təbliğ edən TÜRKSOY-un bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyi vurğulandı.



Әlaqәli Xәbәrlәr