Belçikanın Ham şəhərində 20 Yanvar faciəsinə həsr olunan sərgi açıldı

Belçikanın Ham şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə sərgi açıldı

1129191
Belçikanın Ham şəhərində 20 Yanvar faciəsinə həsr olunan sərgi açıldı

Belçikanın Ham şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə sərgi açıldı.

Azərbaycanın Belçikadakı səfirliyi və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə şəhər ictimaiyyətinin, eləcə də Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov və NATO yanındakı nümayəndəliyinin rəhbəri Qaya Məmmədov 20 Yanvarın Azərbaycan tarixində tutduğu önəmli yerdən bəhs etdilər, faciə günü olmasına baxmayaraq, Azərbaycan xalqının milli azadlıq mübarizəsinin şanlı səhifəsini təşkil etdiyini vurğuladılar. Həmçinin Ham şəhərinin mərkəzində ucalan və Azərbaycan həqiqətlərinin beynəlxalq təbliğinə xidmət edən "Qarabağ atı" abidəsinin Azərbaycan və Belçika xalqları arasındakı dostluğu təcəssüm etdirdiyi bildirildi.

Ham şəhərinin meri Dirk De Vis çıxışında ölkələr arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiklərini diqqətə çatdırdı. O, Avropanın hazırkı inkişaf səviyyəsinə çatanadək keçdiyi təlatümlü tarixi inkişaf yolu ilə Azərbaycanın keçdiyi inkişaf yolu arasında paralel apardı, Azərbaycan xalqını öz tarixinin vacib səhifəsini belə dərindən anmasını yüksək qiymətləndirdı və bunun ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Daha sonra əslən azərbaycanlı olan belçikalı rəssam Əli Seyranın 20 Yanvar faciəsinə həsr edilmiş əsərləri də daxil olmaqla, Azərbaycandan bəhs edən sərgisi keçirildı.

Sonda ehsan süfrəsi açıldı..

Qeyd edək ki, Azərbaycanın Belçikadakı səfirliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Ham Bələdiyyəsinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə müntəzəm olaraq tədbirlər keçirilir. Belə ki, 2017-ci il martın 25-də Ham şəhərində “Qarabağ atı” abidəsi açılıb. Bununla yanaşı, hər il mart ayında Ham şəhərində ənənəvi Novruz şənlikləri təşkil olunur.

 

Mənbə: AZƏRTAC

 



Әlaqәli Xәbәrlәr