Mustafa Akıncı BMT baş katibinin nümayəndəsini qəbul edib

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı BMT-nin Baş katibi Antonio Quttareşin Kıbrıs məsələsi üzrə müvəqqəti nümayəndəsi Yane Holl Luteni qəbul edib.

1108523
Mustafa Akıncı BMT baş katibinin nümayəndəsini qəbul edib

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı BMT-nin Baş katibi Antonio Quttareşin Kıbrıs məsələsi üzrə müvəqqəti nümayəndəsi Yane Holl Luteni qəbul edib.

Prezident Sarayında keçirilən görüşdə Prezident Aparatının sözçüsü Barış Burcu ilə Diplomatiya və Avropa İttifaqı (Aİ) üzrə xüsusi məsləhətçisi Erhan Erçin də iştirak edib.  

Sözçü Burcu görüşdən sonra yaydığı açıqlamada Akıncı ilə Lutenin ətraflı və səmərəli görüş keçirdiklərini söyləyib.

Kıbrıs müzakirələri çərçivəsində isnad edilən məfhumlar barədəki fəaliyyətlərin daha bir müddət davam edəcəyinin məlum olduğunu deyən Burcu Akıncı ilə Lutenin sabah bir daha görüş keçirəcəklərini bildirib.

Qeyd edək ki, BMT nümayəndəsi Lute Kıbrıs mövzusunda müzakirələrə davam edilməsi üçün lazım olan zəminin yaradılıb yaradılmayacağı barədə görüşlər keçirmək üçün adadır. Lute  dünən də Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis ilə görüş keçirmişdi.

Kıbrıs müzakirələri prezident Akıncının vəzifəyə başlamasından sonra BMT Baş katibinin sabiq məsləhətçisinin vacisətiçiliyəndə 2015-ci ilin may ayında yenidən başlamış və keçən il iyul ayında İsveçrənin Krans Montana qəsəbəsində keçirilən Kıbrıs Konfransından nəticə əldə edilə bilməmişdi.



Әlaqәli Xәbәrlәr