Qazaxıstan 66 milyon ton neft ixrac edib

“2018-dǝ 11 ay ǝrzindǝ 66 milyon ton neft ixrac  etdik”.  Bunu  Qazaxıstan Enerji naziri Kanat Bozumbayev  deyib.

1104660
Qazaxıstan 66 milyon ton neft ixrac edib

Kanat Bozumbayev,   Kabinet  yığıncağında etdiyi  çıxışında  yanvar-noyabr aylarında enerji sektoru ilǝ  bağlı fǝaliyyǝtlǝrǝ   toxunub.  O  bildirib  ki,  Neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 82,4 milyon ton olub". 

Cari ilin  11 ayında  66 milyon ton  neft  ixrac  edildiyini   ifadǝ  edǝn Bozumbayev, bu  miqdarın   ötǝn  ilin   müvafiq  dövrünǝ    müqayisǝdǝ  3,8%  çox olduğunu  vurğulayıb. 

Bozumbayev qeyd edib ki, yanvar-noyabr aylarında ölkədə 50,5 milyard kubmetr təbii qaz hasil olunub (bu il proqnozlaşdırılan 53,4 milyard kubmetri  idi).  Bu  da   ötən ilin eyni dövründəkindən 4,8%    çoxdur. 

Nazirin   sözlǝrinǝ   görǝ   Təbii qaz ixracı, keçən ilin eyni dövrünə görə 14% artımla, 17,9 milyard kubmetr olub.  Bozumbayev əlavə edib ki, ölkədə 19,6 min ton uran istehsal olunub.

Qazaxıstanın neft və təbii qaz ixrac   etdiyi  ölkǝlǝr  arasında   İtaliya, Hollandiya, Fransa, İsveçrə və Avropa  İttifaqı  üzvü  digǝr  ölkǝlǝr   eləcə də Özbəkistan, Belarusiya, Qırğızıstan, Rusiya  iştirak  edir. 

 

 



Әlaqәli Xәbәrlәr