Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Hәsәnov  Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı H.Akara vә Baş Qərargah rəisi, ordu generalı Y. Gülәrә  başsağlığı ünvanlayıb.

1085697
Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Hәsәnov  Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı Hulusi Akara vә Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülәrә  başsağlığı ünvanlayıb.

Başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Hakkari  bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm’’



Әlaqәli Xәbәrlәr