Qazaxıstan Livana sülhməramlı qüvvə göndərdi

Qazaxıstan ilk dəfə BMT-nin sülh və təhlükəsizliyi qoruma missiyasına qatılmaq üçün Livana sülhməramlı qüvvə göndərdi.

1079702
Qazaxıstan Livana sülhməramlı qüvvə göndərdi

Qazaxıstan ilk dəfə BMT-nin sülh və təhlükəsizliyi qoruma missiyasına qatılmaq üçün Livana sülhməramlı qüvvə göndərdi.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, 120 hərbçidən ibarət sülhməramlı qüvvə Hindistanın İndbat batalyonunun hissəsi olaraq BMT Livanın Müvəqqəti Vəzifə Gücü (UNIFIL) missiyasına qatılmaq üçün bu ölkəyə çatıb.

Qazaxıstanın sülhməramlı qüvvəsinin ilk dəfə BMT sülh və təhlükəsizliyi qoruma missiyasına qatıldığına işarə edilən açıqlamada sülhməramlı qüvvənin hindli tərəfdaşları ilə hazırlıqlar gördüyü ifadə edilib.

Açıqlamada Qazaxıstan və Hindistan hökumətləri arasında sözmövzusu missiyaya  birgə qatılmaqla əlaqəli anlayış memorandumunun imzalandığı və təsdiqləndiyi xatırladılıb.

“Qazaxıstan sülhməramlı qüvvəsinin BMT missiyasına qatılması beynəlxalq təhlükəsizliyin güclənməsinə töhfə verəcək. Həmçinin beynəlxalq ictimaiyyətin məsul üzvü olaraq Qazaxıstanın  avtoritetini gücləndirəcək” ifadəsi yer tutub.

Qeyd edək ki, Parlament iyun ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin hərbi dəstələrini BMT missiyasına qatılması üçün Livana göndərmək təklifini təsdiqləmişdi.



Әlaqәli Xәbәrlәr