TBMM-nin sədri Binəli Yıldırım Özbəkistanda görüşlərini davam etdirir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Özbəkistandakı görüşləri çərçivəsində bu ölkənin prezidenti Şövkət Mirziyoyev tərəfindən qəbul edilib.

1056171
TBMM-nin sədri Binəli Yıldırım Özbəkistanda görüşlərini davam etdirir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Özbəkistandakı görüşləri çərçivəsində bu ölkənin prezidenti Şövkət Mirziyoyev tərəfindən qəbul edilib.

Prezident Şövkət Mirziyoyev qəbulda etdiyi çıxışda siyasi iradə və birgə səylər sayəsində ənənəvi olaraq yaxın və dost olan Özbəkistan-Türkiyə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə  imzalanan razılaşmaların belə səfərlərlə daha da sağlam təməllərlə əməkdaşlığa çevrildiyini söyləyib.

Özbəkistan prezidenti  imzalanan sazişlərin həyata keçirilməsilə yanaşı birgə proqramların və əməkdaşlıq layihələrinin dəstəklənməsina dair millət vəkillərinin apardıqları fəaliyyətlərin də əhəmiyyət kəsb etdiyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Yıldırım da son dövrdə Özbəkistanda həyata keçirilən geniş miqyaslı islahatları təqdirdə qarşıladıqlarını qeyd edərək, Türkiyənin Özbəkistan iqtisadiyyatını və sosial sektorunu inkişaf etdirmək sahəsindəki layihələrə istənilən dəstəyi verməyə hazır olduğunu söyləyib.  

Görüşdə tərəflər ənənəvi dostluq və uzun müddətli strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair düşüncələrini bir daha dilə gətiriblər.

TBMM sədri Yıldırım daha sonra Özbəkistanın  Baş naziri Abdulla Aripov ilə görüş keçirərək, ikitərəfli əlaqələri müzakirə edib.

Yıldırım ayrıca Daşkənddə Müstəqillik və Humanizm abidəsini ziyarət edərək, burada əklil qoyub.



Әlaqәli Xәbәrlәr