Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib

TÜRKSOY-un yaranmasının 25 illiyi çərçivəsində TÜRKSOY-un gənclər kamera orkestri Balkan ölkələrində geniş konsert proqramı ilə çıxış edib və türk dünyası bəstəkarlarının əsərlərini səsləndirib.

1028065
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un yaranmasının 25 illiyi çərçivəsində TÜRKSOY-un gənclər kamera orkestri Balkan ölkələrində geniş konsert proqramı ilə çıxış edib və türk dünyası bəstəkarlarının əsərlərini səsləndirib.

Məlumata görə, orkestr Balkan ölkələrində qastrol çərçivəsində 6 konsert proqramı təqdim edib.

TÜRKSOY-un gənclər kamera orkestrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan gənc ifaçılar yer alıb. Orkestri azərbaycanlı dirijor Mustafa Mehmandarov idarə edib.

Türkdilli xalqların gənc ifaçılarının təcrübə mübadiləsi aparması və türk klassik musiqi əsərlərinin bütün dünyada təbliği məqsədilə 2010-cu ildə yaradılan orkestrin repertuarında dünya klassiklərinin əsərləri ilə yanaşı, türk dünyasından bir çox bəstəkarın əsəri də yer alıb.

TÜRKSOY-un gənclər kamera orkestrinin Bosniya və Herseqovinadakı növbəti möhtəşəm konserti paytaxt Sarayevoda olub. Qastrol zamanı Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadənin vəfatı ilə əlaqədar orkestr onun xatirəsinə Qara Qarayevin “Matəm” əsərini konsert proqramına daxil edib.

Əsərin ifasından əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib: “Dəyərli dostum Xəyyam Mirzəzadə türk musiqinə böyük töhfələr verib, mədəniyyət xəzinəmizə bəxş etdiyi dəyərli əsərləri ilə yanaşı, çoxsaylı tələbələr də yetişdirib. Onu vəfatı hamımız üçün çox böyük itkidir”.

 

 Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr