Türkiyədən hərbçilər Özbəkistanda təhlükəsizlik qüvvələri üçün terrorla mübarizə təlimi keçir

Türkiyədən Jandarm Komandanlığında vəzifəli xüsusi təyinatlılar Özbəkistan Milli Mühafizə Birliyində terrorla mübarizə üçün taktiki təlim keçməyə başladı.

1027239

TİKA-nın dəstəyilə Cizzak yaxınlığındakı Farış hərbi poliqonunda start verilən təlim üçün açılış mərasimi keçirilib.

Açılışda çıxış edən Milli Mühafiz Birliyi rəsmisi Şuhrat Qaniyev son dövrdə iki ölkə arasındakı strateji ələqələrin inkişaf etməkdə davam etdiyini bildirərək, bu çərçivədə Türkiyə və Özbəkistan arasındakı hərbi əlaqələrin də gücləndiyini söyləyib.

Qaniyev həmin hərbi təlimin bu əməkdaşlığın konkret nümunəsi olduğunu vurğulayaraq, təlimin ölkənin müdafiə və hərbi potensiyalının daha da inkişafına və qarşılıqlı təcrübə mübadiləsinə töhfəsinin olacağını ifadə edib.

Türkiyənin Daşkənd səfirliyində hərbi  attaşe polkovnik Mustafa Baloğlu isə Jandarm Komandanlığı ilə Özbəkistan Milli Mühafizlər Birliyindən yüksək səviyyəli heyətlərin qarşılıqlı səfərləri nəticəsində tərəflər arasındakı əməkdaşlığın inkişaf etdiyini bildirib.

Türkiyədən 6 xüsusi təyinatlının iştirak etdiyi təlim avqustun 17-də başa çatacaq.

Әlaqәli Xәbәrlәr